Psixologiya Elmi-Tədqiqat İnstitutunda  konfrans keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunda  konfrans keçirilib
  14 Fevral 2019    Oxunub:4711
Psixologiya Elmi-Tədqiqat İnstitutunda  “İçimizdəki titrəşimlərə... Səslərdən sonsuzluğa” adlı muzterapiya konfransı keçirilib.

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya üzrə elmlər doktoru Elxan Bəylərov "Musiqi - Kainatın universal dili" mövzusunda təqdimatla çıxış edib. Ardınca Azərbaycan Respublikası xalq artisti, Natiq ritm qrupunun rəhbəri Natiq Şirinov milli ritmlər haqqında məlumat verib, həyatımızda düzgün ritmlərin səslənməsinin fiziki və ruhi sağlamlığımız üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Təhsil İnstitutunun Psixologiya və Yaş Fiziologiyası şöbəsinin böyük elmi işçisi, dissertant, musiqişünas Bahar Bəylərova-Ələkbərova  “Musiqinin intellekt sahələrinin inkişafına təsiri” mövzusunda çıxış edib.

Növbəti təqdimatda Müasir Psixologiya Mərkəzinin baş psixoloqu, Rulisten proqramının tətbiqçisi Aidə Nəbiyeva  "Tomatis metodu əsasında Rulisten metodu” mözvusuna toxunub və meditasiya təşkil edib.

Türkiyədən qonaq qismində dəvət olunmuş sənətşünaslıq doktoru, musiqişünas Züleyxa Abdullayeva imkan və əhatə dairəsi haqqında məlumat verib, musiqi terapiyası təqdim edib.

Yekunda iştirakçılar konfransa dair fikirlərini bildiriblər.




Teqlər:





Xəbər lenti